booked.netbooked.net booked.net  

Dünyada ərzaq buğdasına tələbatın artdığı bir vaxtda Gürcüstanda unun qiyməti 13 lari ucuzlaşıb.

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu barədə Buğda və Un İstehsalçıları Assosiasiyasının icraçı direktoru Levan Silaqava bildirib. Onun sözlərinə görə, unun ucuzlaşmasına iki amil səbəb olub - Ukraynada dəhliz yaradılması və Rusiyada bol məhsuldarlıq: “Dünya bazarlarında buğdanın qiyməti aşağı düşüb. Qiymətlər 2-3 ay əvvəl pik həddində 400 dollar intervalında idisə, bu gün xaricdən gətirilən buğdanın qiyməti 320 dollar civarındadır. Həmçinin pik dövründə 1 kisə birinci keyfiyyətli unun qiyməti 85 lari idisə, bu gün bu qiymət 72 lari təşkil edir. Məlum olduğu kimi, bəzi çörək istehsalçıları müxtəlif çörək növlərinin qiymətini də 10 tetri ucuzlaşdırıblar", - deyə Silaqava əlavə edib. Onun sözlərinə görə, Ukrayna dəhlizi vasitəsilə buğdanın dünya bazarlarına çıxarılması ilə bağlı aparılan fəaliyyətin vaxtı noyabrda sonra çatır ki, bu da qiymət artımı ilə bağlı yenidən risklər yarada bilər.

 Azərbaycanda da bir müddət əvvəl unun və çörəyin qiyməti qaldırıldı. Lakin iş adamlarımızın bir şüarl dəyişməzdir: "Bir kərə qalxan qiymət bir daha enməz!"

Niyə? Axı qiymətlər məhsulun və ya malın maya dəyərindın asılıdır. Maya dəyər aşağl düşərsı niyə qiymətlər də aşağı salınmasın?

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN