“Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna 598 milyon manat kredit yönəldilib ki, bu da ümumi kredit portfelinin cəmi 3.4 faizidir”.

 Mərkəzi Bankın məlumatına görə, bu ilin ilk 8 ayında cəmi kredit qoyuluşları 19 milyard 136 milyon manat olub. Vaxti keçmiş kreditlərin həcmi isə 659 milyon manatdır.

Kredit portfelinin strukturunda diqqəti çəkən məqamlardan biri hələ də bankların starteji sahələri maliyyələşdirməkdə maraqlı olmamalarıdır.

Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov  bildirib.

Onun sözlərinə görə,  banklar sənaye və istehsal sektoru üzrə 1 milyard 71 milyon manat ayırıblar ki, bu da ümumi kredit portfelinin cəmi 5.6 faizini təşkil edir:

“Bu o deməkdir ki, bankların verdiyi hər 100 manat kreditin, hətta 6 manatdan az bir hissəsi sənaye və istehsal sektoruna yönəldilir”,  - deyib.

 Millət vəkili, həmçinin kənd təsərrüfati sektorunda çalışanların da kredit payının aşağı olduğuna diqqət çəkib:

 “ Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna 598 milyon manat kredit yönəldilib ki, bu da ümumi kredit portfelinin cəmi 3.4 faizidir. Nəqliyyat və rabitə, inşaat və tikinti sektorları da ayrı-ayrılıqda ümumi kredit portfelində bir rəqəmli paya malikdirlər”.

Vüqar Bayramov vurğulayıb ki, kredit portfelindən ən çox faydalanan ev təsərrüfatlarıdır - 10 milyard 328 milyon manat kredit məhz bu istiqamətə ayrılıb.

O, bu məbləğin ümumi kredit portfelinin 54 faizini təşkil etdiyini, həm də bu istiqamətə yönəldilən vəsaitlərin əhəmiyyətli hissəsinin istehlak kreditləri olduğunu açıqlayıb.

“Bankların istehlak kreditləşməsinə daha çox meyillənməsi həm problemli kreditlərin həcminin optimallaşmaması, həm də real sektorun maliyyə tələblərinin tam ödənilməməsi baxımdan arzuolunan deyil. Digər tərəfdən, istehlak kreditləşməsinə meyl bank sektorunda yeni çağırışlar yaradır və bu da sektorun dayanıqlığı baxımdan arzuolunan deyil.

Mərkəzi Bank tərəfindən biznes kreditləşməsinin təşviq edilməsi və istehlak kreditlərinin həcminin optimallaşdırılması ilə bağlı daha sistemli fəaliyyətlərin həyata keçirilməsi məqsədəuyğun olardı. Stimullaşdırıcı metodlar ilə bankların biznes kreditləşməsinə marağının daha artırılmasına ehtiyac var”, - deyə millət vəkili təklif verib.

 

Y.MƏMMƏDLİ

Pin It

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Wednesday, 09 November 2022
By Asif MEMMEDOV

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA