booked.netbooked.net booked.net  

Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya Nazirliyinin ticarət Komitəsinin məlumatına görə, ölkənin regionlarında akimliklər iri pərakəndə satış şəbəkələri ilə ticarət qiymətlərini 10%-ə qədər azaltmaq üçün memorandumlar bağlayırlar.

Artıq Şımkent, Almatı, Kostanay, Aktobe, Atırau, Abay, Türküstan, Şərqi Qazaxıstan və Qərbi Qazaxıstan vilayətlərində “Magnum”, “Small”, “Anvar”, “Astıkjan” və başqa bu kimi iri pərakəndə satış şəbəkələri ilə 40 memorandum bağlanıb. Bu tədbir Qazaxıstanın iri pərakəndə satış şəbəkələrinə sosial əhəmiyyətli ərzaq məhsullarının qiymətlərini aşağı salmağa imkan verəcək.

 “Ticarət Komitəsi pərakəndə satış şəbəkələrinin reyestrini tərtib edib, bu gün ölkə üzrə onların 109-u və 1458 filialı fəaliyyət göstərir. Akimiliklər onların memorandumların imzalanmasına cəlb olunması üçün çalışırlar. Bu günə olan məlumata görə, 40 memorandum artıq imzalanıb, qalanları təsdiqlənmə mərhələsindədir”, - deyə Ticarət Komitəsinin sədri Yerjan Kazanbayev bildirib.

Qeyd edək ki, daha əvvəl Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya naziri Serik Jumanqarin ərzaq təhlükəsizliyinin təmin edilməsi və sosial əhəmiyyətli ərzaq məhsullarının qiymətlərinin saxlanılması məqsədi ilə konfrans keçirib və sosial əhəmiyyətli məhsullar üzrə ticarət marjasına 10%-dən çox olmayan uyğunluq haqqında memorandumların bağlanmasının zəruriliyi məsələsinə baxılıb.

Həmçinin Qazaxıstanın Ticarət Komitəsi əsas ərzaq məhsullarının qiymət artımı ilə bağlı məlumatların təhlilinin etibarlılığını artırmaq məqsədilə bu işə ictimai nəzarəti cəlb edib: siyahıya daxil edilmiş məhsulların qiymətlərinin şişirdilməsi ilə bağlı sakinlərdən müraciətlərin qəbulu üçün çağrı mərkəzi yaradılıb.

 

JASMİN

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN