Bir müddət əvvəl 674 adda peşədə (vəzifədə) qadınların əməyinə qadağa qoyulmuşdu...

Nəhayət bu qadağa aradan qaldırılıb. Tezadlar.az bildirir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin oktyabrın 7-də onlayn keçirilən iclasında komitə sədri Musa Quliyev deyib. M.Quliyev bildirib ki, qanuna dəyişikliklər Azərbaycanın gender bərabərliyi siyasətinə növbəti töhfədir. O, təklif olunan qanun layihəsinin qadınların əmək hüququnun daha da genişləndirilməsinə, qadınların daha çox əməkhaqqı ödənilən sahələrə çıxışına olan məhdudiyyətlərin azaldılmasına xidmət etməsindən danışıb. Qeyd olunub ki, Əmək Məcəlləsinə təklif olunan bu dəyişikliklər 674 adda peşədə (vəzifədə) qadınların əməyinə qoyulan qadağanı ləğv edir, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara 204 iş yeri və ya peşədə işləməyə məhdudiyyət qoyur. Beləliklə qeyd olunan qadağa aradan qaldırılıb.

A.Məmmədli