Bu ilin iyul ayının 1-dən noyabrın 1-dək Qazaxıstandan Azərbaycana taxıl ekvivalentində 79.1 min ton buğda və un idxal edilib.

Bu barədə Qazaxıstanın yerli mətbuatı ölkənin Kənd Təsərrüfatı Nazirliyinin “Ərzaq Müqavilə Korporasiyası”na istinadən yazır.
Qeyd olunur ki, hesabat dövründə Azərbaycana ixracın həcmi ötən ilin müvafiq göstəricisini 62.3 min ton və ya 4.7 dəfə üstələyir.
Bu kateqoriyadan olan məhsulların idxalının həcmini xeyli artıran 3 əsas ölkənin adı çəkilir. Belə ki, qeyd olunan dövrdə Qazaxıstan Əfqanıstana 719 min ton (2021-ci ilin eyni dövründə 399 min tona qarşı), Çinə 129 min ton (10,9 min tona qarşı), Azərbaycana isə 79.1 min ton (16.8 min tona qarşı) taxıl ekvivalentində buğda və un ixrac edib.

Pin It

GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA