Ölkəmizin qeyri-neft sektorunda kapital investisiyalarının təşviqində Azərbaycan İnvestisiya Şirkətinin məxsusi rolu var.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesabında məlumat verib: "2022-ci ildə AİŞ tərəfindən qida emalı, quşçuluq, alternativ enerji, logistika, əczaçılıq və mədən sahələrində 5 layihəyə 10 milyon manat sərmayə yatırılıb, daha 4 layihə üzrə qarşıdakı dövrdə 20,5 milyon manat investisiyanın yatırılması qərara alınıb". - nazir əlavə edib.