booked.netbooked.net booked.net  

İşçiyə Azərbaycan Respublikasında qüvvədə olan Minimum əməkhaqqından (345 manat) aşağı məbləğdə əməkhaqqı verilməsinə görə-

vəzifəli şəxslər üçün 1000  manatdan 1500 manatadək məbləğdə inzibati cərimə nəzərdə tutulur.

Bunu “Təzadlar”a hüquqşünas Azər Quliyev bildirib.

Hüquqşünas izah edib ki, əmək haqqı sistemi ilə nəzərdə tutulan: əmək haqqına əlavələr, mükafatlar, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əmək haqqının məbləğinə daxil edilmir.

Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan  345 manata çatdırılıb. 

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN