...Son nəticədə il ərzində gənclər, işsizlər və əlillər də daxil olmaqla 1 milyona yaxın insan işlə təmin olacaq.

Bunu Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi naziri Tamara Duysenova qurumun kollegiyasında vətəndaşların məşğulluğunun təşviqi planlarından danışarkən bəyan edib.

“Ümumilikdə, bu il respublikada sənaye konsepsiyaları və milli layihələr çərçivəsində 75 minə yaxın iş yerinin, 131 milyard tengelik maliyyələşmə ilə 150 ​​mindən çox dövlət subsidiyalı iş yerinin yaradılması nəzərdə tutulur.

 Özəl təşəbbüslər çərçivəsində və işəgötürənlərin vakant iş yerlərinə 780 min nəfərin işlə təmin olunması nəzərdə tutulur. Yaradılan iş yerlərinin ümumi sayının 20%-ə yaxını gənclərin və əlilliyi olan şəxslərin məşğulluğuna yönəldiləcək”, - deyə nazir layihəni açıqlayıb.

Bundan əlavə, onun sözlərinə görə, 6 min gənc qazaxıstanlıya 5 il müddətinə 2,5%-dən 5 milyon tengeyə qədər güzəştli kreditlər veriləcək. Xüsusi qayğıya ehtiyacı olan gənclərə və əhalinin sosial cəhətdən həssas təbəqələrindən olan vətəndaşlara 1,2 milyon tenge məbləğində 9 min qrant veriləcək.

 

Y.MƏMMƏDLİ