İşsizlikdən sığorta ödənişlərindən yalnız işsiz kimi qeydiyyata alınanlar faydalana bilərlər.
Bu barədə TEZADLAR.AZ-a hüquqşünas Azər Quliyev bildirib.
Onun sözlərinə görə, işsizlikdən sığorta ödənişini almaq hüququna əmək müqaviləsinə aşağıdakı əsaslarla xitam verilmiş, “Məşğulluq haqqında” AR Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər:
“Dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” AR Qanununun 33.1.2-ci maddəsinə və ya Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən;
İşçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” AR Qanununun 33.1.3-cü maddəsinə və ya AR Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən;
Əmək müqaviləsinin müddəti qurtardıqda, AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən”, - deyə hüquqşünas diqqətə çatdırıb.
JASMİN