Rusiyanın 2021-ci il siyahıyaalınmasını dərc edən “Rosstat”ın məlumatına görə, çeçenlərin sayı demək olar ki, 1,675 milyon nəfərə çatıb.

“AiF-Stavropol”un məlumatına görə, 11 il ərzində çeçenlər 243 min 494 nəfər artaraq ölkə xalqları arasında altıncı yerdən üçüncü yerə yüksəliblər.

Hansı böyük xalqların sayının xeyli azaldığı da məlum olub. Beləki, rusların sayı 5 milyon 437 min 717 nəfər, ukraynalıların sayı 1 milyon 43 min 981 nəfər azalıb. Tatarlar təxminən 600 min, çuvaşlar 369 min, başqırdlar da təxminən 13 min nəfərədək azalıb.

Xatırladaq ki, Rusiya Federasiyası dünyada əhalisinin sayına görə 9 -cu yerdə qərarlaşır -147 milyon nəfərdən bir qədər çox.

JASMİN