Noyabrda illik inflyasiya 11, 98% idi.

“Russtat”ın məlumatına görə, ötən il Rusiya Federasiyasında inflyasiya 11,94% təşkil edib.

Dekabrda kommunal xidmət tariflərinin bir il ərzində ikinci indeksasiyası ilə əlaqədar olaraq aylıq inflyasiya 0,78%-ə yüksəlib - noyabrda bu göstərici 0,37% təşkil edib.

Departament əlavə edib ki, noyabrda illik inflyasiya 11,98% təşkil edib.

Qeyd edək ki, Azərbaycanda ötən ilin 9 aylıq inflyasiya göstəricisi 13,2%-dən 13,4%-ə, 12 aylıq inflyasiya 14,2%-dən 15,6%-ə, ərzaq inflyasiyası isə 20,8%-dən 21,8%-ə qalxmışdı.

2022-ci ilin sentyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 3,3 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 11,4 faiz yüksəlib.

Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, 2022-ci ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 3,4 faiz, yəni əvvəlki ilin sentyabr ayına nisbətən 21,8 faiz artıb.

 

Y.MƏMMƏDLİ