booked.netbooked.net booked.net  

Minimum aylıq əməkhaqqının 345 manata çatdırılması ilə bağlı olaraq Nazirlər Kabineti yeni Vahid Tarif Cədvəlini (VTC) təsdiq edib.

Bunu millət vəkili Vüqar Bayramov bildirib.

 Millət vəkili “Yeni Tarif Cədvəli ilə kimlərin əmək haqları və nə qədər artırıldı? “ - sualının cavabını açıqlayıb.

O, qeyd edib ki, cədvələ əsasən, maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir - Prezidentin son sərəncamınadək ilk 4 dərəcə üzrə əmək haqlar 345 manatdan aşağı idi və onlar 300-338 manat arasında dəyişirdi.

Vüqar Bayramovun sözlərinə görə, yeni VTC-ə əsasən, yalnız bir dərəcə üzrə əmək haqqı minimum səviyyədə olacaq,  digər 18 dərəcə üzrə maaşlar minimum əmək haqqı məbləğindən daha yüksəkdir.

 

“Artımlar belədir:

 

1-ci dərəcə üzrə: 300 manatdan 345 manatadək artım!;

2-ci dərəcə üzrə: 312 manatdan 359 manatadək artım;

3-cü dərəcə üzrə: 325 manatdan 374 manatadək artım;

4-cü dərəcə üzrə: 338 manatdan 389 manatadək artım;

5-ci dərəcə üzrə: 353 manatdan 406 manatadək artım;

6-cı dərəcə üzrə: 367 manatdan 422 manatadək artım;

7-ci dərəcə üzrə: 383 manatdan 441 manatadək artım;

8-ci dərəcə üzrə: 398 manatdan 458 manatadək artım;

9-cu dərəcə üzrə: 415 manatdan 478 manatadək artım;

10-cu dərəcə üzrə: 432 manatdan 497 manatadək artım;

11-ci dərəcə üzrə: 450 manatdan 518 manatadək artım;

12-ci dərəcə üzrə: 468 manatdan 538 manatadək artım;

13-cü dərəcə üzrə: 487 manatdan 560 manatadək artım;

14-cü dərəcə üzrə: 508 manatdan 584 manatadək artım;

15-ci dərəcə üzrə: 528 manatdan 607 manatadək artım;

16-cı dərəcə üzrə: 549 manatdan 632 manatadək artım;

17-ci dərəcə üzrə: 604 manatdan 694 manatadək artım;

18-ci dərəcə üzrə: 725 manatdan 833 manatadək artım;

19-cu dərəcə üzrə: 979 manatdan 1125 manatadək artım, - deyə V.Bayramov açıqlayıb.

 Millət vəkili diqqətə çatdırıb ki, yeni qərarla sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əmək haqları artırılıb.

“Yəni, əgər vətəndaşımız qeyd olunan sektorda çalışırsa və əmək haqqısı VTC üzrə müəyyənləşirsə, o zaman onun maaşı bu aydan etibarən artırıldı”, -deyə əlavə edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan  345 manata çatdırılıb. 
 
Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək.

Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfəri əhatə edəcək. 

Minimum əmək haqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu (246 manat) da 40,2 faiz üstələyir. 

Yeni Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq. Beləliklə, minimum aylıq pensiyanın məbləği də 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılacaq. Bu artım 100 minədək pensiyaçını əhatə edəcək.

Ümumilikdə bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımların 1,9 milyon vətəndaşı əhatə edəcəyi bildirilir.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN