booked.netbooked.net booked.net  

Hər dəfə qiymət artımı olanda Azərbaycanda yanacağın dünya bazarında ən ucuz olduğu deyilir...

Lakin Dünya ölkələri arasında yanacağın qiymətlərində maraqlı fərqlərin olduğu üzə çıxıb. Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, ümumiyyətlə, ən aşağı qiymətlər neftlə zəngin və iqtisadi cəhətdən zəif inkişaf etmiş dövlətlərdədir. İqtisadi nöqteyi-nəzərdən dizel yanacağı ölkələrdə istehlak qiymətlərinin formalaşmasına daha çox təsir göstərir, çünki yük maşınları və bir sıra daşıyıcı nəqliyyat vasitələri dizel yanacağından istifadə edir. Avadanlıqların böyük əksəriyyəti dizel yanacağı ilə işləyir və onun bahalaşması nəqliyyat, xidmət və ya tikinti xərclərinin artmasına səbəb olur.
Hazırda dünyada bir litr dizelin orta qiyməti 1,33 dollar (3,55 lari) təşkil edir və bu növ ən ucuz yanacağı İranda almaq olar, burada bir litr dizel 0,011 dollara satılır ki, bu da 30 tetri deməkdir. Ən bahalı dizel Honq-Konqdadır, onun orta qiyməti 2,66 dollara çatır ki, bu da 7,1 lariyə bərabərdir.
Gürcüstana gəlincə, ölkədə dizel yanacağının orta qiyməti 1,42 dollar təşkil edir, bu isə 3,80 lari deməkdir. Qeyd edək ki, Gürcüstanda dizelin qiyməti dünya üzrə orta qiymətdən demək olar ki, 7% yüksəkdir. Onu da qeyd edək ki, region ölkələri ilə müqayisədə dizel ən baha Gürcüstandadır və onu ən ucuz Azərbaycanda, bir litri 0,47 dollardan almaq olar.

Dizelin ən baha olduğu ölkələrin siyahısını təqdim edirik: 1. Honq-Konq – 2,66 dollar; 2. Afrika Respublikası - 2,39 dollar; 3. İsveç - 2,34 dollar; 4. İslandiya - 2, 31 dollar; 5. Monako - 2, 26 dollar; 6. Norveç - 2,22 dollar; 7. İsveçrə - 2, 20 dollar; 8. Finlandiya - 2,19; dollar 9. Dania - 2.112 dollar; 10. Böyük Britaniya - 2 dollar.

Ən ucuz dizel yanacağı isə aşağıdakı ölkələrdədir: 1. İran - 0,11 dollar; 2. Venesuela - 0,16 dollar; 3. Liviya - 0,31 dollar; 4. Səudiyyə Ərəbistanı - 0,200 dollar; 5. Əlcəzair - 0,213 dollar; 6. Misir - 0,245 dollar; 7. Anqola - 0,268 dollar; 8. Kuveit 0,377 dollar 9. Türkəmistan 0,386; 10. Ekvador – 0,462 dollar.

Region ölkələrində dizelin qiymətləri aşağıdakı kimidir: 1. Azərbaycan - 0,471 dollar; 2. Rusiya - 0,846 dollar; 3. Ermənistan - 1,061 dollar; 4. Türkiyə - 1,232 dollar; 5. Gürcüstan - 1,420 dollar.

Azərbaycanın Taarif Şurasının gözündən uzaq, bu rəqəmlərdən və təqdimatdan xəbər tutub dizel yanacağının qiymətini artırmasalar yaxşıdır...

A.Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN