Türkiyədə yanvar ayında inflyasiya illik 57,68 faizə çatıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı məlumat yayıb.

Qeyd edək ki, ötən ilin dekabrında bu göstərici 64,27% təşkil edib.

Eyni zamanda, müstəqil İnflyasiya Təhlili Qrupunun məlumatına görə, 121,62%-ə yüksəlib.

Xatırladaq ki, 2020-ci ilin dekabr ayından etibarən Türkiyə hakimiyyəti türk lirəsinin möhkəmlənməsinə yönəlmiş sözdə yeni iqtisadi siyasət həyata keçirir. Lakin milli valyutanın dollara nisbətdə məzənnəsi son aylarda ciddi şəkildə azalmayıb.

E.ŞİRİNOV