Qazaxıstanın "KazTransOil" şirkəti Almaniyaya nəql etmək üçün neft boru kəmərlərində neft qəbul etməyə başlayıb.

Qeyd olunur ki, yanacağın vurulması Qazaxıstanın Energetika Nazirliyinin təsdiq etdiyi qrafikə uyğun həyata keçirilir. Fevralda Almaniyaya nəzərdə tutulan 20 min ton neftin “Drujba” kəməri ilə Adamova Zastava neft tədarükü məntəqəsinə nəqli planlaşdırılır.

2022-ci ilin sonunda “Kaztransoil” Almaniyaya tranzit üçün 2023-cü il üçün 1,2 milyon ton həcmində əlavə “Drujba” tutumları saxlayıb. Bunlardan 300 min tonunun birinci rübdə təhvil verilməsi gözlənilir.

Fevralın 22-də Qazaxıstanın energetika naziri Bolat Akçulakov respublikanın yaxın günlərdə “Drujba” kəməri ilə Almaniyaya neft nəqlinə başlamağa hazır olduğunu bəyan edib.

E.ŞİRİNOV