Bakının əksər yollarında nəqliyyatın hərəkətində yenidən avtomobillərin tıxacı hökm sürür...

Tezadlar.az bildirir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Və təəssüflər olsun, təqdim edilən siyahıdan da görünür ki, tıxac yaranan küçələr mərkəzdədir. Hansı ki, dəfələrlə deyilməsinə, yazılmasına və təklif verilməsinə baxmayaraq tıxacların səbəbləri aradan qaldırılmır, tədbir görülmür. Bakının tıxaclarına əsas səbəb isə ölkənin bölgələrinə gedən avtomobillər mərkəzə daxil olaraq istiqamətlənir, eləcə də Bakıda süni surətdə göydələnlər məhz mərkəzdəki bağ və parkların, boş ərazilərin hesabına tikilir, əhali süni surətdə kənardan mərkəzə danışınır.
XXX

Beləliklə, bu dəqiqələrdə yollardakı vəziyyət belədir:

1. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

5. "20 Yanvar" dairəsində;

6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

9. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

10. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;

11. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;

12. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

13. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);

14. Babək prospekti, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

XXX 

Bəli, Bakının günü belədir. Aidiyyəti qurumlar isə mütləq qaydada tədbir görməlidir.

A.Məmmədli