Rusiyanın “Transneft” şirkəti Almaniyaya tədarük üçün Qazaxıstan neftinin nəqlinə başlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə boru kəməri şirkətinin prezidentinin müşaviri, mətbuat katibi İqor Deminə məlumat yayıb.

“Biz Adamova Zastava (çatdırılma məntəqəsi - Polşanın şimal-şərqində) istiqamətində Qazaxıstan həcmlərini nəql etməyə başladıq”, - şirkət nümayəndəsi təfərrüatları açıqlayıb. Öz növbəsində, Qazaxıstan “Transneft” sisteminə 20 min ton həcmində neftin ilk partiyasını təhvil verdiyini bəyan edib.

Yanvarda Rusiyanın Energetika Nazirliyi Qazaxıstana “Transneft” vasitəsilə Almaniyaya neft tədarük etməyə icazə verib. Qazaxıstan operatoru “KazTransOil” bu ilin birinci rübündə Rusiya şirkətinin neft kəmərləri sistemləri ilə Almaniyaya 300 min ton neft tədarük edəcək.

2022-ci ilin dekabrında bildirilmişdi ki, 2023-cü ildə Qazaxıstan Almaniyaya 1,2 milyon ton xammal tədarük etməyi planlaşdırır. Yanvarın əvvəlində Qazaxıstanın energetika naziri Bolat Akçulakov bəyan edib ki, Rusiya Qazaxıstan neftinin "Drujba" kəməri ilə Almaniyaya tranzitini dəstəkləyib.

O qeyd edib ki, Qazaxıstan bu məsələ ilə bağlı hər hansı fəsad gözləmir. Nazir əlavə edib ki, Astana "heç vaxt nasosla bağlı Moskva ilə böyük problemləri olmayıb".

E.ŞİRİNOV