2023-cü ilin fevral ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tərəvəz məhsulları 25.8%, çörək və digər un məhsulları isə 21% bahalaşıb.

TEZADLAR.AZ Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata əsasən, 2023-cü ilin fevral ayında Gürcüstanda  inflyasiyanın səviyyəsi 8,1% təşkil edib. “İllik inflyasiyanın formalaşmasına əsasən aşağıdakı qruplar üzrə qiymət dəyişiklikləri təsir edib: Qida və alkoqolsuz içkilər üzrə qiymətlər 14% artaraq illik inflyasiyaya 4.73% təsir göstərib. Aşağıdakı alt qruplar üzrə qiymət artımı bu cürdür: Tərəvəzlər (25,8 %); çörək məhsulları (21%); süd, pendir və yumurta (17,2 %), qəhvə, çay və kakao (14,5 %), mineral və bulaq suları, alkoqolsuz içkilər və təbii şirələr (12,2 %), balıq (12,1%), ət və ət məhsulları (10,2%), şəkər, mürəbbə və digər şirniyyatlar (9,8 %). Müxtəlif meyvələrin qiymətində isə 0.3% azalma müşahidə edilib”, -bildirilir.