…Qadın uğur əldə etmək istəyirsə, ilk növbədə baryerləri aşa bilmək üçün əzm nümayiş etdirməlidir.

Bu fikri Aqro Mix” MMC-nin təsisçisi və direktoru “Uğurlu sadın sahibkar” nominasiyası üzrə “Dayaq” mükafatını alan ilk gənc sahibkar Gülpəri Bayramova bildirib

Onun fikrincə,  iş fəaliyyətində etibar qazanan qadının sözü müqavilədən də keçərli olacaq və bu hallar insanı uğura daha tez aparacaq.

G.Bayramova həm xarici ölkələrdən meyvə-tərəvəz idxal edir, həm də yerli fermerlərdən məhsul alıb supermarketlərə çatdırılması ilə məşquldur.

Gənc sahibkar bir çox problemlərin olduğunu da qeyd edib.

O, həm yanacağın qiymətinin qalxması, həm də daşıma üçün ölkədə kifayət qədər TIR-ların olmaması səbəbindən logistika xərclərinin artdığını bildirib. Diqqətə çatdırıb ki, Türkiyə ilə işləmək loqistika baxımından digər ölkələrdən daha rahat olsa da, bu ölkədən nəqliyyat baha gəlir.

“Rusiya və Belarusdan Azərbaycana daşıma xərcləri xeyli aşağıdır. Qazaxıstan və Özbəkistana isə həm dəniz, həm də quru yolla yüklərin çatdırılmasında ciddi loqistika problemlərimiz yaranır”, -deyə o, vurğulayıb.

Qeyd edək ki, statistik məlumatlara görə, ölkəmizdə son 13 ildə qadın sahibkarlarının sayında 22,0 faiz artım var.

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayevanın sözlərinə görə, Azərbaycanda 1 milyon 700 mindən çox qadın sahibkara çevrilə bilər.

JASMİN