Bu ilin yanvar-fevral ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 895,6 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bunun 849,2 milyon manatı heyvandarlıq, 46,4 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,4 faiz, bitkiçilik məhsulları üzrə 1,9 faiz artıb.

tezadlar.az