booked.net booked.net  

2023-cü ildə əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub.

 Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyətinə dair hesabatına əsasən, bu artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək.

Qeyd olunur ki, 2022-ci il ərzində 3,4 milyon nəfəri əhatə edən və əlavə illik maliyyə yükü 2,1 milyard manat olan sosial islahat paketi həyata keçirilib. Ötən il minimum əmək haqları 20 faiz artırılaraq 250 manatdan 300 manata çatdırılıb. Həmçinin minimum pensiya məbləği 20 faiz, sosial müavinətlər və Prezident təqaüdləri 26 faiz artırılıb. Bundan əlavə, aylıq müavinətlərin orta məbləği üzrə artım 33 faiz təşkil edib.

2022-ci ildə dövlət büdcəsi xərclərinin 11 milyard 577 milyon manatı və ya 36 faizi sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib.

TEZADLAR.AZ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA