Aqrar-sənaye kompleksində kəskin problemlərdən biri heyvandarlıq məhsullarının emalı məsələsidir.

Yerli KİV-in məlumatına görə, bunu Qazaxıstan Respublikasının deputatı Zakirjan Kuziyev Senatdakı çıxışı zamanı bildirib.

O, 2022-ci ildə iri və xırdabuynuzlu heyvanların yun və dəri istehsalının 40,6 min ton və 11,4 milyon ədəd təşkil etdiyi məlumatlara istinad edib.

Bu ümumi yunun 6,6 min tonu və ya 16 faizi emala göndərilərək ixrac edilib, 900 tonu və ya 2,2 faizi yuyulmadan ixrac edilib, emal olunmamış qalıq - 33 min tondan çox və ya 82% təşkil edib.

“Təxminən dərilərlədə eyni şəkildədir, yəni 2022-ci ildə alınan dərilərin cəmi 13,4%-i emal olunub. Yun və dərinin 80%-dən çoxu şəxsi təsərrüfatlarda istehsal olunur. Heç kimə sirr deyil ki, emal olunmamış xammalın böyük hissəsi zibilxanalara aparılır, itlər tərəfindən aullarda sürünülür və ya yandırılır ki, bu da yerlərdə sanitar-epidemioloji vəziyyətə mənfi təsir göstərir, müxtəlif xəstəliklərin yaranmasına səbəb olur”, - deyib.

Eyni zamanda, Kuziyev vurğulayıb ki, yun və dəri istehsalı ilə məşğul olmaq sərfəlidir və onlar heyvandarlıq ətinin satışından da çoxlu gəlir gətirə bilərlər.

 

***

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ilin mayın 1-nə  qədər Azərbaycanda 7 360,8 min baş qoyun və keçi olub.

Bu rəqəmin ötən il mayın 1-i ilə müqayisədə  9,9% az olduğu bildirilirb.

Ötən il Azərbaycana diri qoyun və keçi idxalı 64 faiz artıb. 2022-ci ildə Azərbaycana 15 milyon 909 min dollarlıq 194 min 573 baş qoyun və keçi idxal olunub.

Ölkəmizin ən böyük dəri emalı zavodlarından biri Yevlaxda yerləşir və  gündəlik 27 ton dəri istehsal həcminə malikdir.

Azərbaycan heyvanların dəri ixracı ilə də məşğuldur. Təkcə 2021-ci ildə xarici ölkələrə 12 milyon mant dəyərində aşılanmamış dəri və gön göndərilib.

Yerli qəssabların qoyun dərisini aşılanmamış halda 1 manat-1 manat 50 qəpik, mal dərisini isə 4-5 manat civarında satdığı deyilir.

 Statistika Komitəsinin məlumatına əsasən isə 2022-ci ildə Azərbaycanda 15,8 min ton yun istehsal olunub - əvvəlki illə müqayisədə 2,3% az.

Onu da qeyd edək ki, ölkəmizdən xarici ölkələrə (Rusiyaya, Çinə, Hindistana və digərləri) də yun ixrac edilir və artıq bu siyahıda Aİ ölkələri də var.

 

JASMİN