Nəhayət, Horadizdən Ordubada 166 kilometrlik yeni dəmir yolu çəkiləcək.

Tezadlar.az Anadolu-ya istinadla bildirir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib. Uraloğlunun sözlərinə görə, xəttin Ermənistan hissəsinin Zəngəzurdan keçəcək 43 kilometrlik hissəsi ilə bağlı Azərbaycanla Rusiya arasında danışıqlar aparılacaq. O, Türkiyə ilə Azərbaycan arasında yeni nəqliyyat əlaqəsini təmin edəcək Qars-Naxçıvan dəmir yolundan da danışıb.sitat:  "Ordubaddan Naxçıvanın şimalında yerləşən Vəlidağ stansiyasına qədər olan 158 kilometrlik xətt əsaslı şəkildə təmir olunacaq. Bundan əlavə, xətt Vəlidağdan Ermənistan sərhədinə qədər 14 kilometr uzadılacaq".

Bu dəmiryolu bölgənin nəinki iqtisadiyyatına, həm də tarixinə yeni səhifə yazacaq... Ermənistanın iqtisadi bataqlıqdan çıxış yolu da bundan asılıdır.

Xəyyam