“Statistik məlumatlar sənayedəki işlərin real vəziyyətini əks etdirmir”.

***

Qazaxıstan Respublikası Milli Məclisinin deputatı Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyini ərzaq istehsalı ilə bağlı dəqiq olmayan, şişirdilmiş  statistik məlumatlara görə qınayıb.

Qazaxıstan KİV-nin məlumatına görə, Aqrar Məsələlər Komitəsinin sədri, deputat Serik Egizbayevin sözlərinə görə, hökumətin həyata keçirdiyi tədbirlər qeyri-dəqiq statistikaya görə öz effektini itirir və bu, artıq bütün sənayedə sistemli problemə çevrilib.

 “Statistik məlumatlar sənayedəki işlərin real vəziyyətini əks etdirmir. Belə ki, rəqəmlərə görə, biz kifayət qədər həcmdə kartof istehsal edirik, eyni zamanda, idxalını da  davam etdiririk. Təkcə bu ilin mart-iyun aylarında Pakistandan 120 min ton kartof gətiriləcək. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı statistik rəqəmlər yuxarı qaldırılır! Bu vəziyyətə uzun illərdir akimliklər arasında onların fəaliyyətlərinin səmərəliliyinin qiymətləndirilməsi ilə bağlı səssiz rəqabət şərait yaradır”, - deyə deputat bildirib.

 O, həmçinin mərkəzi dövlət orqanları ilə yerli icra hakimiyyəti orqanlarının birgə fəaliyyətinin uyğunsuzluğunu və səmərəsizliyini bildirib.

 Deputat təklif də irəli sürüb. Onun fikrincə, statistik məlumatların etibarlılığını təmin etmək üçün yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin qiymətləndirilməsi qaydalarının dəyişdirilməsi, eləcə də məlumatların uçotuna və toplanmasına yanaşmaya yenidən baxmaq lazımdır.

JASMİN