Ən yaxşı nəticə göstərən 5 nəfər ölkə xaricindəki beynəlxalq turda iştirak etmə şansına sahib olub.

Məktəblər arasında İqtisadiyyat Müsabiqəsinin sonuncu turu yekunlaşıb. Qeyd edək ki, Azərbaycan, İngilis və Rus dillərində onlayn keçirilən müsabiqənin birinci turunda Azərbaycanın 150 məktəbindən 300-dən çox şagird iştirak etmişdi.

Müsabiqə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) ilə İqtisadi Təhsil İnstitutunun (İNEV) birgə reallaşdırdığı beynəlxalq yarışmadır. Elm və Təhsil Nazirliyi müsabiqənin təşkilinə xüsusi dəstək vermişdir. Müsabiqənin məqsədi orta məktəb şagirdləri arasında iqtisadiyyat və maliyyə sahələrinə marağı stimullaşdırmaq və iqtisadi təhsili təşviq etməkdir.

Bu barədə millət vəkili, iqtisadçı ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) yaradıcısı Vüqar Bayramov məlumat verib.

O, qeyd edib ki, yarışmada bunu İqtisadi Əsaslar Təşəbbüsü (EFI) tərəfindən nəşr olunan “Sağlam iqtisadi düşüncə: hər kəsin fərdi və milli rifah haqqında bilməli olduqları” kitabının Azərbaycan dilində pulsuz nəşrini Azərbaycanda tələbələrə təqdim etməklə həyata keçirmək məqsədi daşıyır.

 Bildirilib ki,  müsabiqənin sonuncu turunda 10 şagird yaxşı nəticə göstərdiyi üçün təltif ediliblər və onların da ən yaxşı beş nəfəri  Slovakiyada keçiriləcək beynəlxalq turda iştirak şansı qazanıblar.

“Sonuncu turda 10 ən yaxşı nəticə göstərən şagirdlər sertifikatla təltif olundular. Sertifikatlar İqtisadiyyatın Əsasları Təşəbbüsünün rəhbəri Randall Filer, CESD-nin yardıcısı Vüqar Bayramov və İNEV professorları tərəfindən şagirdlərə təqdim olundu.

10 ən yaxşı nəticə göstərən şagirdlərimiz ilə tanış olun:

  1. Aydan Cəbiyeva -136 saylı orta məktəb
  2. Əli Zeynalli - Samir Hacıyev adına 5 saylı orta məktəb
  3. Ardeşir Seyfpur Saad Abadi - 160 saylı tam orta məktəb
  4. Nilufər Cəfərzadə - 164 saylı tam orta məktəb
  5. Mikayıl İbrahimov - Nadir Əliyev adına 282 saylı tam orta məktəb
  6. Selcan Rəsulzadə - 267 saylı məktəb lisey
  7. Məryəm Seyid - 287 saylı Zəkalar liseyi
  8. Aynur Narbekova - 327 saylı tam orta məktəb
  9. İzzət Əliyev - Samir Hacıyev adına 5 saylı tam orta məktəb
  10. Turac Əlizadə - 143 saylı tam orta məktəb

5 ən yaxşı nəticə göstərən şagirdlər bu ilin sentyabr ayında Slovakiyada təşkil ediləcək beynəlxalq turda iştirak edəcəklər. Qeyd edək ki, həmin şagirdimizin beynəlxalq müsabiqədə bütün iştirak xərcləri təşkilatçılar tərəfindən qarşılanacaq, - deyə vurğulayıb.

 

JASMİN