...Söyüdlüdə baş verən son olay bir daha buradakı problemin qaynağına işıq salmağı tələb edir...

Tezadlar.az rəsmi qaynaqlara istinadla bildirir ki, 1997-ci ildə Azərbaycanın “Azərqızıl” Dövlət Şirkəti ilə ABŞ-ın “R.V. İnvestment Group Services LLC” şirkəti arasında Gədəbəy, Qoşa, Ordubad qrupu, Söyüdlü, Qızılbulaq və Vecnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanıb.
Gədəbəy qızıl-mis layihəsi gəlirdə payı 51 faiz olmaqla, Azərbaycan hökuməti ilə birlikdə həyata keçirilir. Payı 49 faiz olan Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti layihəyə rəhbərlik edir. Bu şirkət Londonda qeydiyyatdan keçən Anqlo-Asiya Mininq MMC-nin tam subsidiyalı mülkiyyətidir. Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti layihə üçün zəruri olan bütün kapitalı təmin edir. 

*** 

Beləliklə, məsələ rəsmi müstəvidə belədir. Lakin yatağın istismarı ilə bağlı ortaya çıxan problemləri Gədəbəyin yerli icra hakimiyyəti orqanları həll etməlidir. Amma son olaylar göstərdi ki, əksinə, elə problemi yaradan da həmin yerli hakimiyyət orqanlarıdır. Məqsəd nədir?

XƏYYAM

gedebey