İqtisadiyyat Nazirliyinə məxsus “Təmiz Şəhər” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Əldə etdiyimiz məlumata görə, bu vəzifəyə uzun müddət İctimai TV-də çalışmış Orxan Cabbarlı gətirilib.

Qeyd edək ki, “Təmiz Şəhər” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əvvəlki rəhbəri Elmar Məlikov isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə mətbuat katibi təyin edilib.

E.ŞİRİNOV