Oktyabrın sonunda Qırğızıstanın dövlət borcu (xarici və daxili) 6 milyard 590 min dollar (535 milyard 972,58 milyon som) təşkil edib.

Bu məlumatı ölkənin Maliyyə Nazirliyi təqdim edir.

Qeyd edilib ki,  4 milyard 482,43 milyon dollar (400 milyard 370,38 milyon som) xarici, 1 milyard 518,16 milyon dollar (135 milyard 602,2 milyon som) daxili borcdur.

Ay ərzində dövlət borcu 13,58 milyon dollar artıb. Xarici borc 4,15 milyon dollar azalıb, daxili borc 17,72 milyon dollar artıb.

Oktyabrın sonunda dövlət borcu ÜDM-in 57,82 faizini təşkil edib.

Xarici borcun yarıdan çoxu (52,4 faiz) Qırğızıstanın çoxtərəfli kreditlərindən ibarətdir - 2 milyard 347,93 milyon dollar.

 Ölkənin ikitərəfli güzəştli kreditlər çərçivəsində daha 2 milyard 77,55 milyon dollar (xarici borcun 46,3 faizi) borcu var.

Bunlardan respublikanın xarici borcunun 38,1 faizi Çin İxrac-İdxal Bankına olan borcdur, hansı ki, oktyabrın sonunda 1 milyard 705,85 milyon dollar təşkil edib.

***

Qeyd edək ki, Maliyyə Nazirliyinin rüblük hesabatına əsasən, bu il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 17 milyard 203,3 milyon manat təşkil edir.

Yəni 2023-cü il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 14,4 %-i qədər olub.

Məlumata görə, borcun 11 milyard 109,5 milyon manatı və yaxud 6 milyard 535 milyon ABŞ dolları xarici, 6 milyard 093,8 milyon manatı isə daxili dövlət borcudur. Bunlar isə gözlənilən ÜDM-in müvafiq olaraq 9,3 %-i və 5,1 %-i qədərdir.

 

Y.Məmmədli