1-16 mart tarixində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən alıcı missiyası təşkil olunacaq.

TEZADLAR.AZ Agentliyə istinadən xəbər verir ki, alıcı missiyasının əhatə etdiyi hədəf bazarı Koreya Respublikasıdır.

Missiyada iştirakla bağlı ixracatçıların müraciətlərinin qəbulu elan edilib. Missiyada iştirak edəcək alıcıların maksimum sayı 15 hədəflənib. Məhsul olaraq əsasən qida, içki və sənaye sahələri nəzərdə tutulur.

Alıcı missiyasında iştirak edəcək ixracatçılar AZPROMO tərəfindən təşkil olunacaq müsabiqə əsasında seçiləcəkdir.

Alıcı missiyasında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

Ərizə;

Dəstək tədbirində iştirakla bağlı şərtlər;

Sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;

Son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;

Bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə).

Sənədlər aşağıdakı ünvan üzrə 26 yanvar 2024-cü il tarixinədək təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Alıcı missiyasında iştirakla bağlı şərtlərlə Agentliyin saytından (https://u.to/PAo9IA və https://u.to/vwo9IA) tanış olmaq olar.