Yaxın zamanlarda Qarabağ və Şərqi Zəngəzurda təxminən 1000-ə yaxın keçmiş məcburi köçkünün məşğulluğunun təmin ediləcəyi gözlənilir.

TEZADLAR.AZ xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 25 aprel -Sahibkarlar Günü ilə əlaqədar keçirilən "Azərbaycanın sosial-iqtisadi inkişafının yeni dövrü" mövzusunda konfransda deyib.

O bildirib ki, son 5 ildə 80 minə yaxın ailə özünüməşğulluq proqramı çərçivəsində öz kiçik ailə təsərrüfatını yaradıb.

Nazirin sözlərinə görə, son 5 ildə Azərbaycanda əmək müqavilələrinin sayı 528 min artıb ki, bu da təxminən 40 faiz artım deməkdir. Özəl sektorda əmək müqavilələrinin sayı 2 dəfəyə yaxın artıb.

Özəl sektorun bütün istiqamətlər üzrə inkişafının bütün dövlətlərin ən ali məqsədi olduğunu deyən S.Babayev sahibkarlığın ölkədə məşğulluğun təmin edilməsində mühüm rol oynadığını vurğulayıb.