"Əmək pensiyaları haqqında" qanuna ediləcək yeni dəyişikliklər Milli Məclisin sonuncu plenar iclasında 2-ci oxunuşda qəbul olundu.
Yeni dəyişikliklər ilə bağlı ən çox ünvanlanan suallardan biri də onun hərbiçilərin pensiyalarına necə təsir etməsi ilə bağlıdır:
Bəs hərbiçilərin pensiyası nə qədər artacaq?
TEZADLAR.AZ xəbər verir ki, sualı Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov cavablandırıb.
Onun sözlərinə görə,  qnunda edilən yeni dəyişiklikdən sonra onlar təminat xərclərinin 60 deyil, 70 faiz həcmində pensiya ala biləcəklər
"Yeni dəyişikliklərdə mühüm məqamlardan biri də keçmiş hərbi qulluqçularla bağlıdır. Qanuna edilən dəyişikliyin bir istiqaməti də 81-100 faiz sağlamlıq imkanlarını itirən hərbi xidmət dövründə əlilliyi olan keçmiş hərbi qulluqçularla bağlıdır. Belə ki, hazırda onlara təminat xərclərinin 60 faizi məbləğində pensiya təyin olunur. Yeni dəyişiklik həmin faizin dəyişdirilməsini və 10 faiz artırılmasını nəzərdə tutur. İndi bu həmin vətəndaşlar təminat xərclərinin 60 deyil, 70 faiz həcmində pensiya ala biləcəklər. Bu isə onların pensiya məbləğlərinin artmasına gətirib çıxaracaq.
Qeyd edək ki, yeni dəyişiklik pro-aktiv, yəni elektron pensiya təminatını da gücləndirəcək. Bu isə proseduralardan keçmədən, qısa zamanda pensiya təminatına imkan verəcək", - deyə iqtisadçı izah edib.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA