Qazaxıstan Çin bazarı üçün quru at (madyan) südü üçün milli standartı təsdiqləyib.

Quru at südü üçün milli standartın olması Qazaxıstan istehsalçılarına Çin bazarına çıxmağa imkan verəcək,

 Bu barədə KazStandard xəbər yayıb.

 İnstitut izah edib ki, Qazaxıstandakı süd məhsulları istehsalçıları quru at südü  üçün müvafiq Çin standartının olmaması səbəbindən Çinə ixrac edərkən çətinliklərlə üzləşiblər. 

Çin qanunlarına uyğun olaraq, Çin bazarına gətirilən bütün məhsullar yerli standartlara uyğun olmalıdır. Buna görə də, Çin bazarına uğurla daxil olmaq üçün quru at südü üçün milli standart hazırlamaq və təsdiqləmək lazım idi.

 Standart 2025-ci ildə qüvvəyə minəcək.

 “Madyan südü unikal biokimyəvi tərkibə malikdir və mikroorqanizmlərin səviyyəsi və fiziki-kimyəvi göstəriciləri ilə bağlı ciddi tələblərə tabedir.

 Məsələn, turşuluq 6,5 dərəcə Turnerdən, nəmlik isə 5% -dən çox olmamalıdır. Bütün bu tələblər milli standartda ətraflı şəkildə öz əksini tapıb”, - deyə KazStandard-ın baş direktoru Erkejan Əmirxanova qeyd edib.

 Bu standartın mövcudluğu Qazaxıstan istehsalçıları üçün yeni perspektivlər açır, Qazaxıstan məhsullarının Çinə göndərilməsi ilə bağlı danışıqları bərpa etməyə və ixrac imkanlarını genişləndirməyə imkan verir.

 Qazaxıstan qlobal süd məhsulları bazarında nisbətən kiçik paya malik olmasına baxmayaraq, quru at südünün istehsalında özünəməxsus yer tapır.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA