Ötən gün Qazaxıstan Respublikası Baş nazirinin müavini Serik Jumanqarin çəyirtkələrlə mübarizə ilə bağlı jurnalistlərlə söhbətində bu həşəratların bəzi ölkələrdə qida kimi istifadə edildiyini və hətta halal məhsul olduğunu qeyd etmişdi.

 TEZADLAR.AZ xəbər verir ki, Factcheck.kz çəyirtkələrin halal məhsul kimi təsnif edilməsi məsələsi ilə bağlı Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi ilə əlaqə saxlayıb.

 Şəriət və fətvalar şöbəsinin mütəxəssisi Elbek Tasbolatulu bildirib ki, şəriətə görə çəyirtkə həqiqətən halal sayılır. Onun sözlərinə görə,  QMRİ-nın əməl etdiyi Hənəfi Məshəbində, Məhəmməd peyğəmbərin hədislərindən birinə görə, “iki növ leş” – balıq və çəyirtkə yeməyə icazə verilir

 Abdullah ibn Ömər peyğəmbərin səhabələrindən biri tərəfindən nəql edildiyi güman edilən sözügedən hədisə QMRİ-nın rəsmi internet səhifəsində, eləcə də QMRİ- nə məxsus “Halal Damu” standartlaşdırma və sertifikatlaşdırma mərkəzinin internet səhifəsində tanış olmaq olar.

 Elbek Tasbolatulinin qeyd etdiyi kimi, halal statusu o demek deyil ki, məhsul istehlaka məcburidir.

Bölgənin mədəni xüsusiyyətlərindən asılı olaraq çəyirtkələri öz istəyinizlə yeyə bilərsiniz...

 Qeyd edək ki, çəyirtkə ənənəvi olaraq kənd təsərrüfatı sahələrinə, xüsusən də taxıl üçün zərərverici olub. Çəyirtkələrin yayılması xüsusilə diqqətçəkicidir. Onlar az və ya çox koordinasiyalı şəkildə köç edə bilən və məhsullara kütləvi ziyan vura biləcək çox böyük sürülər əmələ gətirə bilər.

Çəyirtkələrin  digər ölkələrdən Azərbaycana axını 2-3 ildən bir təkrar olunur və kənd təsərrüfatına ciddi ziyan vurur.

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA