Bakıda təşkil olunan Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirib.

Tezadlar.az xəbər verir ki, görüşdə karbon qiymətqoyma məsələləri ilə bağlı müxtəlif yanaşmalar müzakirə edilib.

Dünya Bankının Cənubi Qafqazda Bərabər inkişaf, Maliyyə və institutlar üzrə Proqram rəhbəri Migel Eduardo Sançes Martin Bakıda təşkil olunan Beynəlxalq Forumun karbon qiymətləri, maliyyə yanaşmaları, bu istiqamətdə təcrübələrin paylaşılması baxımından əhəmiyyətini qeyd edib. Forum zamanı fəal müzakirələrin aparılması, bu sahədə tanınmış ekspertlərin Forumun işinə cəlb olunmasının faydası vurğulanıb. Görüşdə iştirak edən Dünya Bankının nümayəndələri karbon qiymətqoyma sahəsində Bankın yeni yanaşmalarını təqdim ediblər.

Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumun əhəmiyyətini vurğulayıb, müzakirələrdən ədalətli yanaşma üçün yeni yolları araşdırmaq, qabaqcıl təcrübələri paylaşmaq və əməkdaşlığı təşviq etmək üçün gözləntilərin böyük olduğunu diqqətə çatdırıb. Bildirib ki, karbon qiymətqoyma istixana qazı emissiyalarının azaldılması məqsədilə iqtisadi aktorları hərəkətə gətirən və dayanıqlı inkişafı təşviq edən mühüm bir vasitədir. Bu baxımdan həm Forum çərçivəsində, həm də Dünya Bankı ilə ikitərəfli əməkdaşlıq prosesində aparılan müzakirələr bu sahədə bütün yanaşmaların araşdırılması baxımından səmərəli və faydalıdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA