“Ümumdünya Arı Günü” mayın 20-də müasir arıçılığın banisi sloveniyalı Anton Yanşanın  (1734-1773) doğum günündə qeyd olunan beynəlxalq bayramdır.

Yanşa dünyada ilk dəfə İmperator Mariya Terezanın sarayında arıçılıq kimi bir fənni öyrətdi. O, Kranj arıçıları tərəfindən mənimsənilən arıçılıq üsullarını təqdim etdi və bu, sənayedə əsl inqilab oldu. O, "arı otlağı" elementini təqdim etdi və s.  Bütün bunları iki cilddə təsvir etdi ki, bu gün də bir çox arıçılar üçün əla bələdçidir.

Sloveniyada arıçılıq insanların şüurunda möhkəm kök salmışdır. Adambaşına düşən arıçıların sayına görə slovenlər Avropa İttifaqının ən zirvəsindədir.  Sloven arısı Karniolan bal arısı dünyada ən çox yayılmış bal arılarından biri hesab olunur.

 Ümumdünya Arı Gününün qeyd edilməsi isə bitkilərin tozlanmasında, bal və digər arı məhsullarının (arı südü, arı mumu, propolis və s.) əldə edilməsində bal arılarının oynadığı böyük rola diqqəti cəlb etməyə xidmət edir.

Sloveniyanın irəli sürdüyü Arı Gününün qeyd edilməsi təklifi 20 dekabr 2017-ci ildə BMT Baş Assambleyası tərəfindən “tozlandırıcıların əhəmiyyətini, onların mövcudluğu üçün təhlükələri və davamlı inkişafa töhfələrini xatırlatmaq məqsədilə” yekdilliklə qəbul edilib.

“Ümumdünya Arı Günü” 2018-ci ildə ilk dəfə qeyd olunması münasibətilə Sloveniyada buraxılmış 2 avroluq xatirə sikkəsinə həsr olunub.

Qeyd edək ki, Azərbaycan iqtisadiyyatında arıçılıq mühüm bir yer tutur. Bu sahə ölkədə ilbəil inkişaf edir. 2016-cı il məlumatına görə ölkədə 238 min arı ailəsi olmuşdur. 2020-ci ildə Respublika üzrə arı ailələrinin sayının 310 minə çatdırılması proqnozlaşdırılır. Ölkədə hər il Arıçılıq Yarmarkaları keçirilir. 

Bu Yarmarkalarda 100 tondan artıq bal satılır.

JASMİN