1995-ci ildə yarandığı gündən ABŞ - Azərbaycan Ticarət Palatası Azərbaycanla uzunmüddətli işgüzar əlaqələr qurmaq istəyən

Amerika şirkətləri üçün mühüm resurs oynamaqla, 500-ə yaxın üzv şirkəti və iqtisadiyyatın bütün sektorlarından olan müxtəlif biznes qruplarını təmsil edir.

Bunu ABŞ - Azərbaycan Ticarət Palatasının (USACC) icraçı direktoru Natiq Baxışov bildirib.

USACC iki ölkə arasında işgüzar və ticarət əlaqələrinin təkmilləşdirilməsi üçün əsas körpü olmaqla kənd təsərrüfatı, tikinti, informasiya texnologiyaları, alternativ enerji və turizm kimi digər sektorlara investisiyaların təşviqini həyata keçirir.

Eyni zamanda,  Azərbaycan və ABŞ arasında ikitərəfli iqtisadi əlaqələri və layihələri təşviq etməklə yanaşı, Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi vasitəsilə ABŞ-da Azərbaycan haqqında daha geniş məlumat yayır və Azərbaycanın ümumi inkişafına təsir edə biləcək qeyri-kommersiya xarakterli layihələri müəyyən edərək həyata keçirir.

Y.MƏMMƏDLİ


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA