"Azərbaycanın sənaye zonalarında əlverişli biznes və investisiya mühiti yaradılıb".

Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev deyib.

Onun sözlərinə görə, gəlir vergisindən azad edilmə, torpaq icarəsi və bir sıra digər güzəştlər sahibkarların sənaye zonalarının ərazisində biznes qurmağa marağını artırmağa kömək edir.

"Bu günə kimi 104 sahibkarlıq subyekti sənaye zonalarının rezidenti statusunu alıb, onlardan 58-i artıq fəaliyyətə başlayıb. Bundan əlavə, onlar indiyədək sənaye zonalarına 6,4 milyard manat sərmayə qoyub, 10 mindən çox iş yeri yaradıb", - deyə E.Nuriyev bildirib.

İdarə Heyətinin sədri həmçinin bildirib ki, növbəti mərhələdə mövcud layihələr çərçivəsində sənaye zonalarına əlavə olaraq 400 milyon manata yaxın investisiya qoyuluşu və 2,6 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA