booked.netbooked.net booked.net  

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 2022-ci il 20 may tarixində Riqa şəhərində Latviya Respublikasının kənd təsərrüfatı naziri Kaspars Gerhards ilə görüşüb.

TEZADLAR.AZ xəbər verir ki, görüş “Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya”nın 8-ci iclası çərçivəsində keçirilib.

Görüşdə tərəflər arasında münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğu, ikitərəfli əməkdaşlığın genişləndirilməsində və dərinləşdirilməsində qarşılıqlı maraqların olduğu ifadə olunub. Bütün istiqamətlər, o cümlədən kənd təsərrüfatı məhsulları istehsalı və qida təhlükəsizliyi sahəsində uzunmüddətli əməkdaşlıq üçün əlverişli imkanların mövcud olduğu diqqətə çatdırılıb.

Eyni zamanda nazir Kaspars Gerhards və AQTA sədri münasibətlərin inkişafına qarşılıqlı fayda verəcək bir çox məsələləri, həmçinin kənd təsərrüfatı məhsulları istehsalı və qida təhlükəsizliyi sahəsində mövcud potensial və perspektivləri nəzərdən keçiriblər.

Görüşdə iki ölkə arasında idxal-ixrac prosedurlarının sürətləndirilməsi, ortaya çıxan çətinliklərin aradan qaldırılması, eləcə də mütəmadi olaraq qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi məqsədilə işçi qrupun yaradılması, Azərbaycandan heyvan mənşəli məhsulların Avropa İttifaqı ölkələrinə ixracının asanlaşdırılması, bitkiçilik məhsullarının ölkəmizdən Latviyaya ixracı məqsədilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün metodik dəstəyin verilməsi müzakirə olunub. Müzakirələrdə dövlət sərhədlərində və gömrük keçid məntəqələrində baytarlıq nəzarətinin təmin edilməsi üzrə texniki dəstək, ölkəmizdə ət, süd və balıqçılıq müəssisələrində baytarlıq nəzarətinin gücləndirilməsi və təkmilləşdirilməsi, bu məqsədlə ət, süd və balıqçılıq müəssisələrində istehsalın bütün mərhələlərində xammalın və hazır məhsulların ekspress üsullarla baytarlıq-sanitariya ekspertizasının aparılması üçün mütəxəssis hazırlığı yer alıb. Bundan əlavə, pestisidlərin və gübrələrin qeydiyyatı prosesinin təkmilləşdirilməsinə dəstək, iki qurum arasında onlayn formatda, eləcə də mütəxəssis mübadiləsi yolu ilə gələcəkdə bir çox sahələr, o cümlədən müəssisələrdə HACCP əsaslı inspeksiyaların aparılması, heyvanların identifikasiyası və qeydiyyatı sisteminin tətbiqi, Azərbaycanda bitki xəstəliklərindən azad təsərrüfatların yaradılması üzrə təcrübənin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda laborator diaqnostikanın təşkili, ilkin istehsal sahələrində (xüsusən, südlük heyvandarlıq təsərrüfatlarında) baytarlıq nəzarəti, təhlükəli heyvan və bitki xəstəliklərinin, eləcə də qida infeksiyalarının elmi risk qiymətləndirilməsi, baytarlıq preparatlarının dövriyyəsinə nəzarətin təmin edilməsi və heyvan mənşəli məhsullarda (o cümlədən balıqçılıq məhsullarında) onların qalıq miqdarının monitorinqinin həyata keçirilməsi üzrə təcrübə mübadiləsinin aparılması imkanları nəzərdən keçirilib.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN