booked.netbooked.net booked.net  

 Üç aydır ki, ərazilərində müharibə gedən Ukraynada ərzaq qıtlığının olmayacağı deyilir.

Ukraynalılar bu gün ərzaq ehtiyatı yığmağa məcbur deyillər, çünki onların çatışmazlığı gözlənilmir. Ayrı-ayrı pərakəndə satış şəbəkələrində çatışmazlıq onların çox vaxt təchizatçılara ödəniş etməmələri ilə əlaqədardır.

Ukrayna KİV-nin məlumatına görə, bu barədə “Ukrayna Pərakəndə Satış Şəbəkələri Təchizatçıları Assosiasiyası”nın rəhbəri Aleksey Doroşenko danışıb.

"Ayrı-ayrı məhsullar,  ümumiyyətlə olmadığı üçün satışdan yoxa çıxmır. Onlar sadəcə olaraq konkret bir satış məntəqəsində deyillər. Ona görə də müəyyən bir məhsulu görmürsünüzsə, başqa yerə baxın", - deyə izah edib.

Qeyd edək ki, Rusiyanın Ukraynada başladığı müharibə səbəbindən ölkə bir çox məhsullarını ixrac edə bilməyib. Ukraynanın əsasən taxıl, bitki yağı ixracından asılı olan ölkələrdə bu məhsulların qıtlığı yaşanır. Milyardlarla ton taxıl Ukraynadan çıxarıla bilmir. Ölkənin 40 faizə yaxın kənd təsərrüfatı məhsulları üçün əkinə yararlı torpaqları isə müharibə səbəbindən əkilməyib.

Bütün dünyada ərzaq çatışmazlığının, hətta bir çox ölkələrdə aclıq baş verəcəyi barədə ardıcıl olaraq xəbərdarlıqlar edilir.

Hətta BMT Təhlükəsizlik Şurasında qida təhlükəsizliyi üzrə ekspert, kənd təsərrüfatı analitik şirkəti Gro Intelligence-nin baş direktoru Sara Menker “Ukraynadakı müharibə və Hindistanın son həftələrdə buğda ixracına qadağa qoyması səbəbindən dünyadakı anbarlarda cəmi 10 həftəlik buğda qalıb” xəbərdarlığını edib.

Baş direktor vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi  bu problemə yalnız “yanacaq” əlavə edib...

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN