booked.netbooked.net booked.net  

Gürcüstan Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından (BYİB) ümumilikdə 358,5 milyon avro məbləğində kredit alacaq.

Müvafiq saziş bu gün Gürcüstan parlamenti tərəfindən ratifikasiya edilib.

 Sənədə əsasən, Gürcüstana veriləcək bu kredit konkret proqramın icrasını həyata keçirmək şərtilə - insan kapitalının inkişafı üçün veriləcək. Proqramın məqsədi Gürcüstanda insan kapitalının təminatının səmərəliliyini və inklüzivliyini artırmaqdır. Proqramın ölkədə təhsil, sosial müdafiə və səhiyyə sahələrində xərclərin səmərəliliyini artıracağı, eləcə də insan kapitalının idarə olunmasına yönəlmiş xərclərin keyfiyyətini yüksəldəcəyi gözlənilir. Gürcüstan yalnız razılaşdırılmış tarixə qədər nəticələrə yönəlmiş konkret proqramlar üçün tranşlarla ödənişlər alacaq.

***

Qeyd edək ki, "Tranş" termini  hissə, pay deməkdir. Yəni “Tranş” müəyyən edilmiş şərtlərə uyğun olaraq bank tərəfindən verilən kredit vəsaitlərinin müəyyən hissəsidir.

 Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BİYB) 1944-cü ildə yardılıb.

BİYB-nın rəhbər orqanları ali rəhbər orqanı İdarəedicilər Şurasıdır və onun Direktorluğudur. Bura üzv olan ölkələr BVF-nun üzvü olmalıdırlar. Bu şurada hər bir üzv ölkə idarəedici və onun müavini qismində təmsil olunur. Bunlar adətən maliyyə naziri və mərkəzi bankın sədrindən təyin olunur. Bundan sonrakı orqan İdarəedici Şuradır. Bu bank Dünya Bankı da adlandırılır. Bankın ümümu kapitalının 20%-dən çox hissəsi ABŞ-ın payına düşür. Dünya Bankının qərargahı Vaşinqtonda yerləşir.

Xatırladaq  ki, Azərbaycan Respublikası 1992-ci ildən üzv olduğu Dünya Bankı Qrupuna daxil olan BYİB-da ümumi dəyəri 286 milyon ABŞ dolları olan 2.371 (ümumi səs paritetinin 0,13 faizi) səhmə malikdir. 189 səhmdar ölkəyə məxsus dünyanın ən böyük inkişaf bankı olan BYİB orta gəlirli və kreditalma qabiliyyəti aşağı olan ölkələri kredit, zəmanət, riskin idarə edilməsi məhsulları və maliyyə məsləhətləri ilə təmin etməkdədir.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN