Ermənistan hökuməti bir sıra kənd təsərrüfatı məhsullarının ixracını 6 ay müddətinə qadağan etmək barədə qərar qəbul edib.

Ermənistan mətbuatının məlumatına görə, xüsusilə buğda, meslin, arpa, qarğıdalı, günəbaxan tumları və qarabaşaq yarmasının ixracı qadağan edilib.

Ermənistanın Nazirlər Kabineti izah edib ki, onun öz kənd təsərrüfatı məhsulları daxili bazarın tələbatı ödəmir, ona görə də respublika bu növ malları ixrac etmək imkanına malik deyil.

Qeyd olunur ki, ixrac qadağası Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə şamil edilmir.

Xatırladaq ki, Avrasiya İqtisadi İttifaqı 29 may 2014-cü ildə Belarus, Qazaxıstanvə Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan siyasi və iqtisadi təşkilatdır. Daha sonra isə Ermənistan və Qırğızıstan  ilə müqavilə imzalanıb. Birliyin fəaliyyəti rəsmi olaraq 1 yanvar 2015-ci ildən başlayıb.

Y.MƏMMƏDLİ


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA