Bunun üçün isə Rusiya ya müharibəni dayandırmalıdır, ya da...

Ukrayna ən azı 2022-ci ilin sonuna, hətta 2023-cü ilə qədər daxili və qlobal tələbatı ödəmək üçün kifayət qədər taxıl ehtiyatına malikdir.

Bunu Ukrayna prezidentinin müşaviri Oleq Ustenko Amerikanın “Newsweek” nəşrinə bildirib.

Onun fikrincə, dünya bazarlarına taxıl çıxarmağın yeganə yolu müharibəni  dayandırmaq və ya ən azı Qara dənizdə bütün hərbi əməliyyatlara son verməkdir.

Qeyd edək ki, 2022-ci ilin əvvəlindən dünya bazarında buğda və qarğıdalının qiyməti 30 faiz artıb.

BMT-nin baş katibi Antoniu Quterreş bəyan edib ki, Ukraynadakı münaqişə inkişaf etməkdə olan ölkələrə qarşı “səssiz hücumdur” və 1,7 milyard insanı yoxsulluğa sürükləmək təhlükəsi yaradır.

 BMT Təhlükəsizlik Şurasında qida təhlükəsizliyi üzrə ekspert, kənd təsərrüfatı analitik şirkəti Gro Intelligence-nin baş direktoru Sara Menker də  “Ukraynadakı müharibə və Hindistanın son həftələrdə buğda ixracına qadağa qoyması səbəbindən dünyadakı anbarlarda cəmi 10 həftəlik buğda qalıb” xəbərdarlığını edib.

Ukrayna isə müharibəyə görə blokadada qalma səbəbindən milyonlarla ton taxılını ixrac edə bilmir...

 

JASMİN