Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2021-ci ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli ərzaqlıq buğdanın tədarükünü elan edib.

Təzadların FHN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “N.Quliyev adına Bakı-Taxıl” ASC, “Muğan” ASC, “Pak-Nur” MMC, “Xırman” MMC, “Azəri-Arapoğlu” US T.LTD BM, “Sarı Sünbül” firması, və Dəvəçi-Dəyirman MMC vasitəsilə 2020-ci ilin iyul ayının 6-dan başlayaraq sentyabr ayının 1-nə kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 1 iyul 2021-ci il tarixli İN-X/O-6413/2021 nömrəli məktubundakı təklifi nəzərə alınmaqla yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 400 AZN olmaqla (taxıl bazarının konyunkturuna müvafiq olaraq qiymət dəyişə bilər), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcək: