booked.netbooked.net booked.net  

Bu gündən Azərbaycanda əlilliyin müəyyən edilməsi üçün yeni meyarlar qüvvəyə minib. Bu vaxta qədər müddətsiz əlillik təyin edilmiş şəxslərə yeni meyarlar şamil edilməyəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, bundan sonra əlillik artıq 3 dərəcə üzrə deyil, orqanizmin funksiyalarının 31-100 faiz aralığında məhdudlaşma göstəricisi əsasında müəyyən olunacaq.

Qiymətləndirmə 7 kateqoriya üzrə aparılacaq: özünəqulluq, sərbəst hərəkətetmə, istiqamətseçmə, ünsiyyət, davranışına nəzarətetmə, öyrənmə və əmək fəaliyyəti. 31 faizdən sonra göstərici hər mərhələdə 5 faiz olmaqla artırılacaq. "Bu vaxta qədər müddətli əlillik verilmiş şəxslərin isə yalnız həmin müddət bitəndən sonra yeni meyarlarla əlilliyinin qiymətləndirilməsi aparılacaq", - deyə xəbərdə bildirilir.

Sağalmaz xəstəlikləri olan uşaqlar üçün əlillik indiyə qədər olduğu kimi 18 yaşa qədər deyil, ömürlük təyin ediləcək.

Qeyd edək ki, 2020-ci ilin sonundan bu ilin ikinci rübünün əvvəlinə qədər olan dövrdə təkrar müayinə nəticəsində 200 minə yaxın insan müxtəlif dərəcəli əlillik qruplarından məhrum edilib.

Tibbi ekspert komissiyaları hesab edir ki, həmin şəxslərin əksəriyyəti sağlamdır və əlillik təyinatı subyektiv qiymətləndirmələrə əsasən verilib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN