Bakının Sabunçu rayon polisi son günlərdə həyata keçirilən əməliyyatlar tədbirləri zamanı 8 nəfərdən ibarət 3 mütəşəkkil qrupu saxlayıb.

Həmin şəxslər saxta pulların hazırlanması ilə məşğul olublar və 40-a yaxın mənzildə oğurluq ediblər, bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir. Saxta əskinasdan istifadə faktı Zabrat qəsəbəsinin mağazalarından birində qeydə alınıb. Əskinasları satmağa cəhd edən Rəna Süleymanova saxlanılıb, bundan sonra qrupun digər üzvləri müəyyən edilərək saxlanılıb. Qrup üzvü İsmayıl Quliyevin mənzilində axtarış zamanı 247 saxta əskinas aşkar edilib. Həmin rayonun Kürdəxanı qəsəbəsində polis bu və qonşu qəsəbələrdə 40-a yaxın mənzildə oğurluq edən digər qrupu saxlayıb. Faktlar üzrə araşdırma aparılır.

***

Bu da saxta pulkəsmənin sonu. Saxlanılanlar pulun neçə kəsilib hazırlanması texnologiyaları və sirləri barədə saxlanma kameralarında lazım olan qədər fikirləşə biləcəklər. Sonra isə bu əmələ görə azadlıqdan məhrumedilmə yerlərində... Bunlar azad həyata qənimkəsilmədir. Bunlara dəyərdimi?

A.Məmmədli 


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA