Avqustun 16-da ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 TEZADLAR.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

  • Axtarışda olduğuna görə ümumilikdə 62, o cümlədən borclu şəxs qismində axtarışda olan 44 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.    
  • Narkotiklərlə əlaqəli 28 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.