Nəhayət, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) jurnalist Darya Duqinanın qətlinin üstünü açıb.

Tezadlar.az "Ria Novosti"yə istinadla bildirir ki, FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi bu barədə məlumat yayıb.  Sitat: "Cinayət Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və törədilib. Hadisəni törədən şəxs Ukrayna vətəndaşı, 1979-cu il təvəllüdlü Vovk Natalya Pavlovnadır. O, 2010-cu il təvəllüdlü qızı ilə birgə iyulun 23-də Rusiyaya gəlib. D.Duqinanın qətlini təşkil etmək və onun həyat tərzi haqqında məlumat əldə etmək üçün Moskvada mərhumun yaşadığı binada mənzil kirayələyiblər. Həmin gün Vovk Duqinanın fəxri qonaq qismində iştirak etdiyi “Ənənəvi” ədəbi-musiqi festivalında olublar. Vovk qətli törədəndən sonra - 2022-ci il avqustun 21-də qızı ilə birlikdə Pskov vilayətindən Estoniyaya qaçıb”.

Ukraynanın rəsmi qurumları isə bu barədə hələki heç bir açıqlama verməyib. 

A.Məmmədli