Xəbər veriyimiz kimi, Bakıda yerləşən "Mehnur” Reabilitasiya Mərkəzində azyaşlı uşaqlara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.

 Bu gün Bakının Nizami rayonunda fəaliyyət göstərən  "Mehnur" loqopedik reabilitasiya mərkəzinin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli polis əməkdaşları tərəfindən saxlanılıb. 

***

 "Qaynarinfo" bildirib ki, "Mehnur" Reabilitasiya Mərkəzinin rəhbəri defektoloq-loqoped Nuranə Hacızadədir. Nuranə Hacızadə bu mərkəzin adını Mahirə və Nuranə adının birləşməsindən götürüb. Mahirə Nuranə Hacızadənin anasıdır. Mərkəzin açılışı 2018-ci ilin yanvarında baş tutub. 

Məşhurlar açılış mərasimində iştirak edib. Nuranə Hacızadə mərkəzin açılışından sonra defektoloq-loqoped kimi daha da məşhurlaşıb. O, bir sıra televiziya kanalallarında çıxışlar da edib.

Əslən Naxçıvanlı olan Nuranə Hacızadənin anasının yüksək vəzifədə çalışdığı deyilir. 

Hazırda hüquq-mühafizə orqanları Nuranə Hacızadəni saxlayıb.

VİDEONU İZLƏMƏK ÜÇÜN AŞAĞIDAKI LİNKƏ DAXİL OLUN:

https://ok.ru/video/4080803908308

 

TEZADLAR.AZ