booked.netbooked.net booked.net  

O, peşman olduğunu bildirib və aldığı bütün rüşvət pulları geri qaytarıb...

Çinin keçmiş ədliyyə naziri rüşvətxorluğa görə ölüm cəzasına məhkum edilib.

Çin Mərkəzi Televiziyasının verdiyi məlumata görə, bu gün Çin məhkəməsində sabiq ədliyyə naziri, həm də ÇXR-nın İctimai Təhlükəsizlik Nazirliyinin keçmiş rəis müavini Fu Çjenxuanı iki illik möhlətlə edam cəzasına məhkum edilib.

 Məlumatda qeyd edilib ki, cümə axşamı Tszilin əyalətinin Çançun şəhərinin xalq məhkəməsi Çin Xalq Respublikasının keçmiş ədliyyə naziri Fu Çjenxuanın korrupsiya cinayətləri işi üzrə hökm elan edib.

Məhkəmə müəyyən edib ki, Fu Çjenxua öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları naminə - rüşvət almaq üçün istifadə edib.

Beləki, o, bizneslə məşğul olan şəxslərə himayədarlıq edib, üstəlik, “kiçik qardaşının iddia edilən ağır cinayətlərinə dair sübutları gizlədib”.

  Və vəzifədə olduğu müddət ərzində 117 milyon yuandan çox (təxminən 16,5 milyon dollar) rüşvət alıb.

Qeyd olunur ki, təqsirləndirilən şəxs özünü təqsirli bilib, əməllərindən peşman olub, həmçinin qanunsuz yolla əldə etdiyi vəsaiti qaytarıb.

 Məhkəmə iki illik möhlətdən sonra ölüm hökmünün şərti azadlığa buraxılma hüququ olmadan ömürlük həbslə əvəz oluna biləcəyinə qərar verib.

Xatırladaq ki, Çjenxua 2013-2018-ci illərdə ÇXR-in İctimai Təhlükəsizlik Nazirliyinin rəis müavini, 2018-2020-ci illərdə isə ədliyyə naziri vəzifəsində çalışıb. 2021-ci ilin oktyabrında Çin Kommunist Partiyasının İntizam Təftişi üzrə Mərkəzi Komissiyası nazir barəsində korrupsiya cinayətlərində şübhəli qismində istintaqa başlayıb.

Qeyd edək ki, Çində yüksək vəzifəli şəxslərin uzun müddətli həbsləri son dövrlər çoxalmağa başlayıb.

Məsələn, ÇXR İctimai Təhlükəsizlik Nazirliyinin bir neçə sabiq rəis müavini də korrupsiya cinayətlərinə görə istintaqa cəlb olunub. Li Dunşen 15 il, İnterpolun keçmiş rəhbəri Men Hunvey 13,5 il müddətinə həbs ediliblər, Sun Liszyun isə çıxarılacaq qərarı gözləyir...

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN