Rusiyanın Ukraynaya hərbi müdaxiləsi düşmənlərinin sayını artırıb. Demək olar ki, bütün Avropa ona qarşı səf alıb.

İndiyədək 23 dövlət Ukraynanın Rusiyaya qarşı iddiasına baxılmasında üçüncü tərəf kimi iştirak etmək xahişi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə ərizə təqdim edib.

 “Deutsche Welle” xəbər verir ki, bu barədə bu gün Strasburq məhkəməsi məlumat yayıb.

 Ukraynanın iddiasına qoşulmaq istəyən 23 hökumət arasında Bolqarıstan, Yunanıstan, Malta, Macarıstan və Kipr istisna olmaqla, bütün Aİ ölkələrinin adı var. Aİ-yə üzv olmayan ölkələr arasında Norveç də qoşulub, Böyük Britaniya və İslandiya da qoşulmaq niyyətindədir.

 Bundan əlavə, Cenevrə Beynəlxalq Humanitar Hüquq və İnsan Hüquqları Akademiyası qeyri-hökumət təşkilatı da akkreditasiya üçün çalışır.

 Qeyd edək ki, sentyabrın 16-dan  Rusiya Avropa Şurasından çıxarıldığına görə Avropa İnsan Hüquqları Konvensiyasına üzv olmasa da, AİHM hələ də Rusiyanın həmin tarixə qədər törətdiklərinə baxa bilər. Ukrayna iyunun 23-də Strasburqda məhkəməyə müraciət edib.       

Bildirilir ki, BMT-nin Ukraynadakı pozuntuları araşdıran müstəqil beynəlxalq komissiyası Kiyev, Çerniqov, Xarkov və Sumi vilayətlərində işğaldan azad edilmiş ərazilərdə Rusiya ordusunun çoxsaylı hərbi cinayətləri ilə bağlı sübutlar aşkar edilib. Hesabat sentyabrın 23-də yayılıb.

 Müharibə cinayətlərinə aşağıdakılar daxildir: partlayıcı silahların qeyri-qanuni istifadəsi, ayrıseçkilik etmədən hücumlar, şəxsi toxunulmazlığın pozulması, edamlar, işgəncə və pis rəftar, cinsi və gender əsaslı zorakılıq hadisələri. Komissiya, həmçinin uşaq hüquqlarının pozulması hallarını da aşkarlayıb.

 Komissiyanın sədri Erik Mjose Ukraynadakı müharibənin mülki əhaliyə vurduğu əzablardan narahat olduqlarını bildirib: "Ziyarət etdiyimiz ərazilərdə edamların çox olması bizi heyrətə gətirdi".

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

Və artıq 7 aydır ki, Ukrayna və Rusiya arasında şiddətli müharibə gedir. Tərəflərin nümayəndə heyətlərinin dəfələrlə danışıqlar masası arxasında bir araya gəlməsinə baxmayaraq, hələ də sülhə nail olunmayıb.

 Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA